Quba-Xaçmaz bölgəsi çaylarında sululuq artıb
23 avqust 2011 12:39 (UTC +04:00)

Quba-Xaçmaz bölgəsi çaylarında sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-220, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan MR çaylarında isə normanın 60 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 92,0 m 3/s, ongünlük normanın 75 faizini (2010-cu ildə 86,0 m3/s olmaqla 71 faizini) təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 113 m 3/san olmaqla, ongünlük normanın 165 faizini (2010-cu ildə 51,0 m3/s olmaqla 74 faizini) təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2010-cu il avqustun 23-də 489 sm), Şirvanda 307 sm (2010-cu il avqustun 23-də 413 sm ), Salyanda 304 sm (2010-cu il avqustun 23-də 437 sm), Bankədə 241 sm (2010-cu il avqustun 23-də 279 sm), Araz çayının Novruzlu məntəqəsində isə 157 sm (2010-cu il avqustun 23-də 185 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar