10 marşrutda süni qiymət artımının qarşısı alındı
22 avqust 2011 18:08 (UTC +04:00)

10 marşrutda süni qiymət artımının qarşısı alındı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sərnişindaşıma sahəsində davam etdirilən monitorinqlər zamanı 24 nömrəli (Q.Qarayev metrosu - Şüvəlan qəsəbəsi), 31 nömrəli (N.Nərimanov metrosu - Maştağa qəsəbəsi), 50 nömrəli (Ulduz metrosu - Pirallahı qəsəbəsi), 67 nömrəli (20 yanvar metrosu - Qobu qəsəbəsi - Güzdək qəsəbəsi), 72 nömrəli (Q.Qarayev metrosu - Bilgəh qəsəbəsi), 97 nömrəli (20-ci sahə - Sahil qəsəbəsi), 109 nömrəli (20 Yanvar metrosu - Müşfiq qəsəbəsi - Qobustan kəndi (Təzəkənd)), 166 nömrəli (Q.Qarayev metrosu - Ramanı qəsəbəsi (Gülçülük sovxozu), 171T nömrəli (Q.Qarayev metrosu - Buzovna qəsəbəsi - Bilgəh qəsəbəsi) və 319 nömrəli (M.Əzizbəyov metrosu - Savalan yaşayış sahəsi) marşrutlarda süni qiymət artımına yol verildiyi müəyyən edilib.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərnişinlərdən həmin marşrutlarda Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflərdən 5-10 qəpik artıq gediş haqqı alındığı aşkar olunub.

Görülmüş tədbirlər nəticəsində süni qiymət artımının qarşısı alınmış və gediş haqlarının müəyyən edilmiş məbləğlərə uyğunlaşdırılması təmin edilib.

Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşıma xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurasının internet saytında (www.tariffcouncil.gov.az) yerləşdirilib. Sərnişinlərə Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərdən artıq gediş haqqı tələb olunduqda, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə (195-2) və ya İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ((012) 498-15-01 və (012) 498-15-04) müraciət etmələri tövsiyə olunur.

Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar