FHN hava şəraiti ilə bağlı məlumat yaydı
22 avqust 2011 16:15 (UTC +04:00)

FHN hava şəraiti ilə bağlı məlumat yaydı

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Balakən rayonu ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb, rayonun Qabaqçöl qəsəbəsində, Şərif və İtitala kəndlərində bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri yağış suları ilə dolub. Həmçinin, Goranboy rayonunda Veyisli və Rəhimli kəndlərində də xeyli sayda fərdi evlərin zirzəmiləri və həyətyanı sahələri, həmçinin, Bakı-Qazax avtomobil yolunun (320-ci km) kənarı yağış suları ilə dolub.

Hazırda qeyd olunan kəndlərdə nazirliyin və aidiyyəti qurumların müvafiq qüvvələri lazımi işlərin görülməsini təmin edir. Eləcə də Bakı-Qazax avtomobil yolunun (320-ci km) kənarına yığılmış yağış suları nazirliyin canlı qüvvə və texnikası vasitəsilə əkin sahələrinə yönəldilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar