Bu həftə havalar soyuyacaq
22 avqust 2011 11:51 (UTC +04:00)

Bu həftə havalar soyuyacaq

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya və Proqnozlar Bürosunun əməkdaşı Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, bu gün paytaxtda və Abşeron yarımadasında müşahidə olunan mülayim şimal küləyi sabah buludlu hava ilə əvəz olunacaq. Arabir yağış və temperatur göstəricisinin 25-30 dərəcə olacağı proqnozlaşdırılır.

25, 26, 27 avqust tarixlərində Bakıda və yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Həmin günlər temperatur 25-30 dərəcə təşkil edəcək.

Mərkəzi Aran rayonlarında isə 24 avqustda şimşək çaxacağı, intensiv yağış yağacağı, arabir doluya keçəcəyi proqnozlaşdırılır. Həmin gün temperatur Mərkəzi Aran rayonlarında 28-33, dağlarda 15-20 dərəcə olacaq. Sonrakı günlərdə temperaturun 3-5 dərəcə aşağı düşəcəyi və müvafiq olaraq Mərkəzi Aranda 25-30, dağlarda 14-19 dərəcə təşkil edəcəyi gözlənilir.

Nailə R.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar