Anar Yusifoğlu “İrəli” Media Akademiyasının qonağı olub
20 avqust 2011 17:53 (UTC +04:00)

Anar Yusifoğlu “İrəli” Media Akademiyasının qonağı olub

İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu “İrəli” Media Akademiyasının qonağı olub.
APA-nın xəbərinə görə, Anar Yusifoğlu informasiyanın əldə edilməsi və istehsalı, analitik proqramların hazırlanması prosesi, İctimai Televiziyanın xəbər siyasəti ilə bağlı tələbə-jurnalistlərə məlumat verib.

Qonaq qeyd edib ki, İctimai Teleradio ictimaiyyətin maraqlarını əks etdirən milli televiziyadır : “ Biz milli-mənəvi dəyərlərimizi reytinqdən üstün tuturuq. Bizim üçün əsas mövzudur, cəmiyyətə ötürdüyümüz fikir və ideyadır. Televiziyalarda reytinq yığmaq çox asandır. Bu gün reytinq arxasınca qaçıb, kimliyimizi unutmamalıyıq”.
Anar Yusifoğlu jurnalistika fakültələrində təlim mərkəzlərinin, laboratoriyaların olmasının vacibliyini, jurnalist kadrların hazırlığında təcrübəyə daha çox üstünlük verilməli olunduğunu barədə də fikirlərini bildirib. Bu gün on-line media ilə rəqabətə tab gətirmək üçün televiziyaların addım atmagını da vacib hesab edən Anar Yusifoğlu beynəlxalq təcrübə barədə də danışıb. O jurnalistikada ixtisaslaşmanın vacibliyini qeyd edib. A. Yusifoğlu bildirib ki. İTV daha çox ciddi, ölkənin önəmli məsələləri ilə bağlı xəbərlərin işıqlandırılmasına diqqət ayırır.

Anar Yusifoğlu rəhbəri olduğu departamentin işi haqda tələbələri məlumatlandırıb. Daha sonra “Jurnalistikada nəzəriyyə yoxsa təcrübə hansı daha önəmlidir?” mövzusu ətrafında söhbətlər olub. Yusifoğlu “Mənim fikrimcə, tələbələrə nəzəriyyə və təcrübə eyni dərəcədə aşılanmalıdır. Jurnalistika fakultəsinin tələbəsi yalnız nəzəriyyə ilə məhdudlaşmalı deyil, ona praktik bacarıqlar da öyrədilməlidir ” deyib.

İki saat davam edən görüşdə tələbələr praktik olaraq bir-birindən müsahibə götürüblər. Qonaq da öz növbəsində gənc jurnalistlərə müsahibə texnikası, müsahiblə davranış qaydaları haqda məlumat verib. ,

Sonda Anar Yusifoğlu Azərbaycan mətbuatının gənc jurnalistlərə ehtiyacı olduğunu vurğulayaraq onlara daima oxumagı və öyrənməyi tövsiyyə edib: “Bu gün Azərbaycan mətbuatının sizin kimi gənclərə ehtiyacı var. Sizin hər birinizi gələcəkdə media kapitanı kimi görmək istəyirəm. Bunun üçün durmadan öz üzərinizdə çalışmağınız vacibdi. Jurnalist ilk növbədə qərəzsiz, obyektiv, vicdanlı, dəqiq olmalıdır. Hər şeydən öncə , özunuzə inanmalisiniz. Əminəm ki, belə olsa uğur hər zaman sizinlə olacaq”.

“İrəli” Media Akademiyasının rəhbəri Hacıbəy Heydərli də səmimi görüşə görə İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifogluna minnətdarlığını bildirib və gənc jurnalistlərin praktik bacarıqlarının artırılması üçün bu tip görüşlərin tez-tez keçirilməsini vacibliyini vurğulayıb.
Xatırladaq ki, Media Akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “İRadio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar