Xınalıqda qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb
Xınalıq kəndində 112 evin dam örtüyü Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bərpa edilir. Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kompleks görülən işlərdə məqsəd kəndin tarixi görkəmini qoruyub saxlamaqdır.
Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev deyib ki, bugünədək qəza vəziyyətində olan 85-ə yaxın evdə təmir-bərpa işi başa çatdırılıb. Rüfət Nuriyev bildirir ki, Xınalığa müasir tələblərə uyğun yol çəkildikdən sonra kənd sakinləri öz evlərini müxtəlif üsullarla fərdi şəkildə təmir etməyə başlayıb: “Bu da kəndin unikal tarixi görkəminin itməsi ilə nəticələnə bilərdi. Mədəniyyət və Turizm Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq xüsusi komissiya yaradıb, Xınalıqdakı təmirə ehtiyacı olan evlərin tarixi görkəmini saxlayaraq bərpa olunması üçün zəruri addımlar atıb”.
O qeyd edib ki, kənddəki qəza vəziyyətində olan Cümə məscidinin bərpası üçün “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən layihə hazırlanıb və təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatacaq.
Xınalıq kəndində həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır. “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Rüfət Nuriyev arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.
Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35