TQDK-dan 600-dən çox bal toplayan gənclərə xəbər
18 avqust 2011 14:05 (UTC +04:00)

TQDK-dan 600-dən çox bal toplayan gənclərə xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlandırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək.

Ona görə də 600 və daha yüksək bal toplayan gənclər “Abituriyent” jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilmiş anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər .
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar