Şəhidlər Xiyabanında yeraltı keçidin tikintisi başlanıb
ASC-dən “APA-ECONOMICS”ə verilən məlumata görə, yeraltı keçid üç giriş-çıxışdan ibarət olacaq. Çıxışların Şəhidlər Xiyabanı, Milli Məclis və keçmiş “Moskva” mehmanxanasının yerində inşa edilən “Flame Tower” kompleksinin qarşısında inşası planlaşdırılır. Uzunluğu 180 metr, eni 8 metr, hündürlüyü 3 metr olan keçiddə hər çıxışda 2 ədəd olmaqla 6 eskalator quraşdırılacaq.
“Azəryolservis” ASC-dən bildirilib ki, keçidin tikildiyi ərazidə çoxsaylı mühəndis-kommunikasiya qurğuları – su, qaz, işıq, rabitə və kanalizasiya xətləri keçir. Tikinti işlərinin aparılması üçün bu xətlərin yerinin dəyişdirilməsinə ehtiyac var və artıq bu işlərə start verilib. Hazırda rabitə və elektrik xətlərinin yeri dəyişdirilir. Bütün köçürülmə işləri təxminən iki ay davam edəcək. Bundan sonra keçidin bilavasitə tikintisi işlərinə başlanacaq. ASC-dən verilən məlumata görə, nə köçürülmə işləri, nə də tikinti zamanı buradan keçən yolun bağlanması gözlənilmir.
Keçiddə piyadaların təhlükəsizliyi və rahatlığının təmin edilməsi üçün yanğından mühafizə, ventilyasiya, qrunt sularının çəkilməsi üçün nasos sistemləri, eləcə də təhlükəsizlik kameraları quraşdırılacaq. Keçidin yaxın bir neçə aya istifadəyə verilməsi gözlənilir. İşlərin konkret başa çatması müddəti kommunikasiyaların köçürülməsindən sonra dəqiqləşəcək.
Bundan əlavə, yaxın vaxtlarda Heydər Əliyev prospektində - “Şəfa” stadionu yaxınlığında da yeni yeraltı keçidin tikintisinə başlanacaq.

Oxşar yazılar

Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35
"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18