Prezident İlham Əliyev Şağan qəsəbəsində olub
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan prezidentinə qəsəbənin planı əsasında məlumat verib.
Bildirilib ki, Şağanda 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur.
Abadlıq və quruculuq işləri ilə yaxından tanış olan prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib.
Qəsəbə sakinləri Şağanda yeni mədəniyyət evinin inşa olunmasını və qəsəbədəki Füzuli Gözəlov adına 124 nömrəli orta məktəb binası üçün yeni korpusun tikilməsini Prezident İlham Əliyevdən xahiş ediblər.
Sakinlərlə görüşdən sonra dövlət başçısı 124 nömrəli orta məktəbə gedərək buradakı vəziyyətlə yerindəcə tanış olub. Bildirilib ki, 520 şagird yerlik bu məktəbdə 800-ə yaxın şagird təhsil alır. Məktəbdə dərslər iki növbədə keçilir.
Buradakı şəraitlə yaxından tanış olan prezident İlham Əliyev məktəbin əsaslı şəkildə təmir olunmasını tapşırıb. Dövlət başçısı qəsəbədəki şagird sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yerlik yeni məktəb binasının inşa olunması ilə bağlı göstərişlərini verib.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35