Qanunsuz balıq ovu faktı aşkarlanıb
17 avqust 2011 12:43 (UTC +04:00)

Qanunsuz balıq ovu faktı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər avqustun 16-da Kür çayında qanunsuz balıq ovuna qarşı mübarizə məqsədilə reydlər keçirib.


Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən reydlər zamanı Kür çayının Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə qurulmuş 29 ədəd (hər birində 70 ədəd olmaqla cəmi 2030 ədəd) qadağan olunmuş ov aləti “şal qarmaq”, 10 ədəd ventel və 6 ədəd axçalı balıq torları aşkarlanıb.


Hazırda təqsirkarların müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288

Oxşar yazılar