Prezident İlham Əliyev Bakının iki orta məktəbində olub
Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Eldar Məmmədov adına 189 nömrəli məktəbdə dövlət başçısına məlumat verilib ki, 1200 şagird yeri olan 189 nömrəli məktəbin binası 1934-cü ildə inşa edilib, dörd mərtəbədən ibarətdir.
Məktəbin binası 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbdə dərslər iki növbədə keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tədbirlər planına uyğun olaraq 189 nömrəli təhsil ocağında da əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məktəbin bütün sinif otaqları yüksək standartlara uyğun təmir edilir, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, döşəmə və tavan ən müasir səviyyədə yenidən qurulur. Əsaslı təmir işlərindən sonra binanın yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.
Faiq Rzayev adına 150 nömrəli məktəbdə görülən işlər barədə də Prezident İlham Əliyevə məlumat verildi. Bildirilib ki, bu məktəbin binası hər biri ikimərtəbəli iki korpusdan ibarətdir. Korpuslardan biri 1897-ci ildə, digəri isə 1937-ci ildə inşa edilib. Məktəbdə 650 şagird təhsil alır. Korpuslardan birində 8 sinif otağı tamamilə yararsız vəziyyətə düşdüyündən məktəbdə dərslər indiyədək iki növbədə tədris olunub. Əsaslı bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, yararsız vəziyyətdə olan 8 sinif otağı istifadəyə verildikdən sonra dərslər yenidən bir növbədə tədris olunacaq. Məktəbin korpuslarını birləşdirən keçid tamamilə yararsız vəziyyətdə olduğundan sökülərək yenidən inşa edilir.
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri 2011 - 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqrama əsasən Bakı şəhərində 111 təhsil obyektinin əsaslı təmirinə başlanılıb. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35