Bakının mərkəzində ağacları “moyka”ya qurban verdilər
Bakının Mirəli Qaşqay küçəsində yaşayan sakinlər həyətlərində bir neçə ağacın kəsilməsi və yerində “moyka” tikilməsiylə bağlı Lent.az-a şikayət ediblər. Biz də baş verənləri yerində araşdırmaq üçün birbaşa adı çəkilən ünvana yollandıq.
Azadlıq prospekti ilə Həsən Əliyev (keçmiş İnqilab) küçəsinin kəsişdiyi ərazidə, çoxmərtəbəli binaların həyətində bir neçə kəsilmiş ağac gördük. Sakinlər hadisənin bir neçə gün öncədən baş verməsini desələr də, hələ də ağaclar tikilən obyektin qarşısında idi.
Sakinlərin dediyinə görə, bir həftə öncə 7-8-ə qədər ağac həyətyanı sahədən kökündən çıxardılıb və yerində “moyka” tikintisinə başlanılıb: “Bizim etirazlarımıza baxmayaraq, obyekt sahibi əməlinin tam qanuni olduğunu deyir. Onu da qeyd edək ki, bu obyekti tikən şəxs heç bu ərazidə yaşamır”.
Sakinlərlə danışıq zamanı maraqlı fakt ortaya çıxdı: “Hələ illər öncə burda hündür şam ağacları var idi və ərazini hasara almışdılar. Amma zaman keçdikcə bir-birinin ardınca bir neçə “moyka” tikdilər. Ən son isə adının çəkmək istəməsək də, tanınmış dövlət xəstəxanalarından birinin baş həkimi ağacları kəsib-doğradı. Görməmişliyin dərəcəsinə baxın ki, iki mərtəbəli “moyka” tikirlər”.
Digər bir sakin etiraz etməyin heç bir əhəmiyyəti olmadığını bildirdi: “Bir neçə qonşunun şikayəti əsasında icra hakimiyyətinə şikayət etsək, gəlib obyekti sökəcəklər. Amma bunun bir əhəmiyyəti yoxdur. Qırılmış ağacların yerinə kim gəlib yenisini əkəcək?”
Yaxınlıqdakı binalarda yaşayan sakin maraqlı bir fakt danışdı: “Bir neçə il öncə qaraj tikmək üçün 2 qurumuş şam ağacını kəsməli idim. Yaşıllıq İdarəsinə məlumat verdim. Ancaq hər ağaca görə 450 manat pul ödədikdən sonra idarənin işçiləri o ağacları özləri kəsdilər”.
Sonda onu əlavə edək ki, ağacların qırılması bahasına tikilən “moyka” yol kənarında bir-birinin yanında tikilən 5-ci belə obyektdir. Sakinlər gənc bir oğlanın tikintiyə nəzarət etdiyini desələr də, onu tapıb mövqeyini öyrənə bilmədik.
Nailə R.
Fotolar müəllifindir

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35