Mətbuat Şurası YUNESKO ilə yeni layihə həyata keçirir
11 avqust 2011 16:57 (UTC +04:00)

Mətbuat Şurası YUNESKO ilə yeni layihə həyata keçirir

Media və iqlim dəyişmələri sahəsində növbəti layihənin icrasına başlanıb. Mətbuat Şurasından (MŞ) Lent.az-a verilən məlumata görə, “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” adlanan layihə YUNESKO və Azərbaycan Mətbuat Şurası tərəfindən həyata keçirilir. İcraçı tərəfdaşlar YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, layihə qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcək O, elm, jurnalistika və təhsil mütəxəssislərinin layihənin icra mexanizmi və metodologiyasını hazırlamaq məqsədi ilə müzakirələrin apardıqlarını, hazırda bu məqsədlə materiallar toplandığını da deyib: “Bu ilin sentyabr ayında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiya sənədi müzakirə olunacaq. Noyabrda isə təlim proqramının təqdimatı keçirilməsini planlaşdırırıq. Təlim proqramının ingiliscə variantının nəşri də nəzərdə tutulur. Layihənin əhatə dairəsi Bakı şəhəridir və icrası bu ilin dekabrında başa çatacaq”.

Qeyd edək ki, əvvəlki layihə çərçivəsində hazırlanmış kitabın və saytın Bakıda keçirilən təqdimatında YUNESKO-nun Moskva ofisinin rəhbəri Dendev Badarç və YUNESKO-nun Moskva ofisinin Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar