Məktəbli geyimlərinin satış qiymətləri açıqlandı
“Bakı Tikiş Evinin paytaxtın 11 rayonunda məktəbli formalarının satışına dair ixtisaslaşmış mağazaları fəaliyyət göstərir. Amma alıcılar əsas binada yerləşən mağazadan mal almağa üstünlük verirlər. Bu isə sıxlığa və növbəyə səbəb olur. Biz əhaliyə müraciət edirik ki, hər kəs yaşadığı rayondakı mağazalara gedə və formaları rahatlıqla əldə edə bilərlər. Həmin mağazalarda formaların bütün ölçüləri var”. Bu açıqlamanı APA-ya Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov verib.
Onun sözlərinə görə, son günlər məktəbli formalarının satışı artıb: “Məktəbli formalarının satışına may ayından başlamışıq. Mayda ay ərzində 15-20 dəst kostyum satılırdısa, indi bu rəqəm gündən-günə artır. Təkcə dünən Bakı şəhərində 600-dən çox məktəbli forması dəsti satılıb”.
E. Əzimov qeyd edib kİ, məktəbli formalarının qiymətləri bütün mağazalarda lövhələrə yazılaraq divarlara asılıb: “I-VI siniflər üçün, 26-38 ölçü məktəbli dəstinin qiyməti 40 manatdır. Dəstə köynək, jilet, pencək, qızlar üçün yubka, oğlanlar üçün isə şalvar daxildir. Ayrı-ayrılıqda götürəndə 26-38 ölçü kostyumun qiyməti 30 manat, jilet 5 manat, köynək 5 manatdır. 40-44 ölçü dəstin qiyməti 45 manat, yuxarı siniflər üçün 38-48 ölçü dəstin qiyməti isə 53 manatdır. 50-54 ölçü dəstlər isə 55 manata satılır”.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35