“İRƏLİ” Türkiyədə Yay Olimpiadasında iştirak edib
Lent.aaz-ın məlumatına görə, “İRƏLİ” İctimai Birliyi və Türkiyə Cümhuriyyəti Gənclər və İdman Baş İdarəsi arasında əldə olunan razılaşmaya əsasən, “İRƏLİ” İctimai Birliyinin fəallarından ibarət 10 nəfərlik nümayəndə heyəti bu mötəbər tədbirin təşkil olunmasında öz təşkilatı dəstəyini göstərib.
14 gün ərzində Azərbaycanın “irəliçi”lərdən ibarət nümayəndə heyəti tədbirdə fəal iştirak edib. Türkiyə Cümhuriyyəti Gənclik və İdman Direktoru Yunus Akgül və EYOF 2011 Trabzon baş koordinatoru Nihat Dökərlə görüş keçirilib. Türkiyə rəsmiləri Azərbaycandan gələn nümayəndə heyətinə göstərdiyi dəstəyə görə minnətdarlığın bildirib.
Avropa Gənclərarası Olimpiya Oyunları hər 2 ildən bir keçirilən və Avropanın müxtəlif ölkələrindən gənclərin qatıldığı ən böyük idman yarışmasıdır. Avropa Gənclərarası Olimpiya Oyunları yay və qış oyunları olmaqla 2 hissəyə ayrılır. XI Avropa Gənclərarası Yay Olimpiya Oyunları 23-30 İyul 2011-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilib. Yarışmaya qitənin 49 ölkəsindən 4000-dən artıq idmançılar qatılıb.
Qeyd edək ki, bu ilin 25 yanvar-6 fevral tarixləri arasında “İRƏLİ” İctimai Birliyi Türkiyənin Ərzurum şəhərində keçirilmiş XV Dünya Universitetlərarası Qış Olimpiya Oyunlarının təşkil olunmasında da öz dəstəyini göstərib.

Oxşar yazılar

Aramsız və güclü leysan yağacaq - Sabahın HAVASI
13 may 2025 , 12:30
"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44