Orta ixtisas məktəblərinə ixtisas seçimi başladı
05 avqust 2011 11:20 (UTC +04:00)

Orta ixtisas məktəblərinə ixtisas seçimi başladı

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ixtisas seçiminin avqustun 5-dən 9-dək internet vasitəsilə aparılacağını deyib. Müsabiqədə ixtisaslar 3 qrup üzrə bölünür. 1-ci qrupa ali məktəblərə qəbul imtahanı zamanı 1,2 və 4-cü ixtisas qrupuna sənəd vermiş və balı 100-dən az olmayan abituriyentlər sənəd verə bilər. Orta ixtisas təhsil müəssisələrinin 2-ci ixtisas qrupuna ali məktəblərə qəbul imtahanlarında 1 və 4-cü qruplarında yer almış və balı 100 dən az olmayan şəxslər, 3-cü qrupa isə ali məktəblərə qəbul imtahanlarında 3-cü ixtisas qrupunu seçmiş və balı 100-dən az olmayan abituriyentlər qatıla bilər. Bu zaman, həmçinin abituriyentlər alt qrupları üzrə də seçim etmək imkanına sahib olacaqlar.


Məlumatda bildirilir ki, abituriyentlər elektron ixtisas seçimi ərizəsində 15 ixtisas kodunu istədikləri ardıcıllıqla seçə bilərlər. Bunda sonra həmin şəxslər TQDK-dan yeni ödəmə kartı almalı və öz ərizələrini təsdiqləməlidirlər. Əks halda, yəni ərizələr təsdiqlənməsə abituriyentlərin ərizələri qəbul olunmayacaq və müsabiqəyə buraxılmayacaq.


Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar