ABŞ-lı tələblər Azərbaycanla vidalaşdı - FOTO
04 avqust 2011 18:01 (UTC +04:00)

ABŞ-lı tələblər Azərbaycanla vidalaşdı - FOTO

Lent.az-ın məlumatına görə, mərasimdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin, səfirliyin əməkdaşları Kristofer Cons və Sədaqət Davudova, Amerika Şurasının rəhbəri Tayson Lemon iştirak edib.


Mərasimi giriş sözü ilə açan J.Qəribova bu proqramın çox uğurla alındığını qeyd edib. O amerikalı tələbələrə və onların koordinatorlarına, eləcə də müəllimlərinə təşəkkür edib. Amerika Şurasının rəhbəri Tayson Lemon isə vurğulayıb ki, ABŞ səfirliyinin və ADU rəhbərliyinin dəstəyi olmasaydı, bu proqramı belə bir müsbət sonluqla ərsəyə gətirmək əlbəttə ki, çətin olardı. Daha sonra amerikalı tələbələrin müəllimləri öz fikirlərini bölüşüb. Tələbələr balabanda və tarda musiqi ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar