İki ilə Bakı və ətraf qəsəbələrdə su problemi tam həll olunacaq
Bunun 15,5 kubmetri Bakı şəhərinə daxil olur, qalanı isə magistral kəmərləri boyu yerləşən yaşayış məntəqələrinə verilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, son vaxtlar havaların isti keçməsi ilə əlaqədar istehlakçıların suya olan tələbatı artıb: «Bu səbəbdən də «Azərsu» əməkdaşları Bakı şəhərinə daxil olan 15,5 kubmetr suyun paylanması üçün gərgin şəraitdə çalışırlar». ASC rəhbəri bildirib ki, şəhərin mərkəz hissələrində və əsas rayonlarında suyun verilməsində ciddi problemlər yoxdur: «Biz vaxtaşırı daxil olan şikayətlər, məktublar, eləcə də «qaynar xətt»ə gələn məlumatlar əsasında təhlillər aparırıq və məlum olur ki, şəhərin mərkəzi hissəsinin su təchizatı tam normaldır. Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai rayonları ərazisində əhalinin əsas hissəsi fasiləsiz su ilə təmin olunub».
Belə ki, hazırda Yasamal və Səbail rayonlarında əhalinin 85%-i, Nəsimi, Nərimanov və Binəqədidə 75%-ə qədəri, Nizami və Xətai rayonlarında isə 50%-ə qədəri daimi su alır: «Oğuz-Qəbələ-Bakı xətti ilə birbaşa qidalanmaya qoşulan şəbəkələrin əksər hissəsində də daimi su təchizatı var. Hədəfimiz fasiləsizliyi 100%-ə çatdırmaqdır», - deyə Q.Hüseynov bildirib.
Q.Hüseynov deyib ki, hazırda su təchizatında müəyyən gərginlik olan, problem yaşanan sahələr əsasən Bakıətrafı kənd və qəsəbələri əhatə edir. Həmin ərazilərin su təminatı Ceyranbatandan Maştağa su anbarınadək uzanan və hər birinin diametri 1200 mm olan 2 kəmərlə həyata keçirilir. ASC rəhbəri bildirib ki, havaların həddən artıq isti keçməsi, həmçinin həmin ərazilərdə yaşayan əhalinin böyük əksəriyyətinin həyət evlərində yaşaması – yəni su ilə təsərrüfatlar da suvarılır – nəticəsində verilən suyun həcmi istehlakçıların tələbatından aşağıdır. Ona görə də bu ərazilərdə su fasilələrlə, xüsusi qrafiklərlə verilir.
«Azərsu» sədri deyib ki, 2013-cü ilin sonunadək Bakı və ətraf qəsəbələrin içməli su təchizatı tam qaydasına salınacaq. O, qeyd edib ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Bakıətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Bununla yanaşı, Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 mm diametrli, uzunluğu 150 km-dək olan paylayıcı magistral kəmərlər tikiləcək. Bu kəmərlərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 mln. kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır.
Paylayıcı kəmərlər və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaq ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı su təminatının aparılmasına imkan verəcək.

Oxşar yazılar

Aramsız və güclü leysan yağacaq - Sabahın HAVASI
13 may 2025 , 12:30
"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44