SOS: Bakıda “Kərbəla müsibəti”
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsində artıq 8 gündür ki, su yoxdur. Bu barədə Lent.az-a Bakıxanov qəsəbəsi L.Məmmədbəyova küçəsinin sakinləri bildirib. Sakinlərin verdiyi məlumata görə, artıq 8 gündür ki, 6 binanın suyu kəsilib və yayın bu qızmar günlərində kranlardan bir damcı da olsun su gəlməyib. Bu azmış kimi, bu gün səhər saatlarında L.Məmmədbəyova küçəsi və ətraf ərazilərə elektrik enerjisinin verilişi də dayandırılıb.
“Təsəvvür edin, bu nəfəs kəsən istidə susuz qalmaq nə deməkdir! Bu, əsl Kərbəla müsibətidi. İndi də işıqlarımızı söndürüblər, ventilyator, kondisioner, heç nə işlədə bilmirik. Evdə yaşlı adamlar, körpə uşaqlar zülm çəkirlər. Bu, əsl fəlakətdir” – deyə sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Lent.az-a məlumat verən “Azərsu” ASC-nin şöbə rəisinin müavini Elxan Salahov həmin ərazidə su verilişi ilə bağlı ciddi problemin olduğunu təsdiqlədi. E.Salahov bildirdi ki, həmin əraziyə suyun verilişinin kəsilməsi texniki məsələlərlə bağlıdır və problemi aradan qaldırmağa çalışırlar.
L.Məmmədbəyova küçəsində elektrik enerjisinin kəsilməsi xəbərinə isə “Azərenerji”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev aydınlıq gətirdi. T.Mustafayevin sözlərinə görə, həmin əraziyə enerji ötürən hava xəttində qəza baş verib: “Ərazidə çalışan briqadalar bir dəfə enerjinin verilişini bərpa etməyə çalışsalar da, bu alınmayıb. Hazırda iş davam etdirilir və yaxın vaxtlarda həmin ərazinin enerji təminatı bərpa olunacaq”.
Qeyd edək ki, yayın qızmar vaxtında suyu kəsilən sakinlər 100 metrlərlə məsafə qət edərək vedrələrlə su gətirmək məcburiyyətində qalıblar. Elektrik enerjisinin kəsilməsi isə sakinlərin vəziyyətini daha acınacaqlı edib. Sakinlər həmçinin bildirdilər ki, problem tezliklə həll olunmasa, etiraz aksiyasına başlayacaqlar.
Nizam RZA

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02