Daha bir keyfiyyətsiz dondurma sexi aşkarlandı
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, qəsəbədə Əli Bala Əlizadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura olmadan istehsal edildiyi və məhsulların üzərində normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi aşkar olunub.
Bundan başqa, istehsalat sahəsində dondurmaların müvafiq keyfiyyətdə sabit istehsalı üçün uyğun şəraitin, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.
Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 210 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əli Bala Əlizadəyə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Aramsız və güclü leysan yağacaq - Sabahın HAVASI
13 may 2025 , 12:30
"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44