Yağış yağacaq, dolu düşəcək
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə, bəzi yerlərdə 35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
Qeyd: Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 03-dən 04-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Oxşar yazılar

60 zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48
Aramsız və güclü leysan yağacaq - Sabahın HAVASI
13 may 2025 , 12:30
"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24