Statistika Komitəsi: Mal və qoyun əti bahalaşıb
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbərinə görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. Ötən ay ərzaq məhsullarından unun, qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış və sterilizə olunmuş üzlü südün, limonun, bananın, almanın, armudun, alçanın, albalının, gilasın, şaftalının, əriyin, qarpız və yemişin, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göyərtinin, göy lobyanın, soğanın, kartofun qiyməti ucuzlaşıb.
Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu, əsasən mal və qoyun ətinin, toyuq və toyuq budunun, düyünün, manna yarmasının, vermişel və makaronların, xamanın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, kökün, sarımsağın, günəbaxan və qarğıdalı yağlarının, şabalıdın qiymətlərində qeydə alınıb.
İyulda qeyri-ərzaq mallarından inşaat materiallarından kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, sementin, parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb.
Bahalaşma ilə yanaşı ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən, geyim və ayaqqabıların qiymətlərində müşahidə olunub. Bundan əlavə, inşaat materiallarından su tənzimləyici cihazların, parket üçün lakın, vannaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, qızdırıcıların, tozsoranların qiymətləri də ucuzlaşıb.

Oxşar yazılar

Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48
Aramsız və güclü leysan yağacaq - Sabahın HAVASI
13 may 2025 , 12:30
"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09