Ali məktəblərə yerləşdirmənin nəticələri sabah elan olunacaq
03 avqust 2011 11:38 (UTC +04:00)

Ali məktəblərə yerləşdirmənin nəticələri sabah elan olunacaq

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2011-ci il iyulun 22-dən avqustun 2-dək (saat 00:00-dək) internet vasitəsilə ixtisas seçimi ediblər.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu mərhələdə abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək, ixtisas seçimi ərizələrini təsdiqləyiblər.

Aşağıdakı cədvəldə ixtisas seçimi ərizəsini təsdiqləmiş abituriyentlərin sayına dair ilkin statistik məlumatlar təqdim olunur:

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat

 

İxtisas qrupları

 

Bölmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

8324

8224

8002

3762

28312

Rus

1193

1229

1362

465

4249

Cəmi

9517

9453

9364

4227

32561



Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Beləliklə, onlardan 32561 nəfəri ixtisas seçimi ərizəsini təsdiq ediblər.

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar