Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hava ilə bağlı xəbərdarlıq
07 iyul 2011 13:59 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hava ilə bağlı xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti gözlənilən anomal isti hava şəraiti haqqında xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayının 8-də yüksək temperatur fonunda ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində maksimal temperaturun Aran rayonlarında və Naxçıvan MR-da 40-42 dərəcəyədək yüksələcəyi gözlənilir.


Həmin gün Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyədək yüksələcək. İyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.
# 526

Oxşar yazılar