“Mehdiabad məscidi bağlanmayıb”
Azərbaycanın Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan məscidin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.
Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildirilib ki, hazırda məscid fəaliyyətini davam etdirir: “Məscidin fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb”.
Qeyd edək ki, Türkiyə Diyanet Vakfi tərəfindən 1999-cu ildə inşa edilən məscidin oktyabrın 17-də bağlanması barədə məlumatlar yayılıb. Mehdiabad qəsəbəsinin dini icmasının rəhbəri İsmayıl Süleymanov mətbuata qəsəbə icra nümayəndəsindən onlara məscidin fəaliyyətinin dayandırılmasının tapşırıldığını deyib.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə belə bir qərar olmadığını və hazırda məscidin ibadət üçün açıq olduğunu bildirib.

Oxşar yazılar

Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03
Sabah çimərliklərdə hava küləkli olacaq
8 iyul 2025 , 13:54
Dəri xəstəliyini yayanlara hansı cəza verilir? - CAVAB
8 iyul 2025 , 13:24
53 yaşında 13-cü diplomunu aldı
8 iyul 2025 , 13:09
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
8 iyul 2025 , 12:37
Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR
8 iyul 2025 , 12:06
Medianın inkişafında Heydər Əliyevin rolu mövzusunda konfrans keçirilir
8 iyul 2025 , 12:03