Məktəblərin mühafizəsi üçün 6 milyon manat
Bu vəsaitlə yalnız Bakıda və rayon mərkəzlərindəki təhsil müəssisələri mühafizə olunacaq
Təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə bu il büdcədə 6 milyon manat nəzərdə tutulub. Həmin vəsait əməkhaqqı şəklində Təhsil Nazirliyinin müəyyən etdiyi təhsil ocaqlarında təhlükəsizliyi qoruyacaq mühafizə xidməti idarələrinə ödəniləcək.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq məktəblərdə mühafizə tədbirlərinin dövlət orqanlarına tapşırılması barədə qərar qəbul olunub. Qərara görə, Bakıda və rayon mərkəzlərində, əhalinin sıx yaşadığı ərazilərdə yerləşən bütün təhsil müəssisələrində mühafizə xidməti fəaliyyət göstərəcək. Həmçinin özəl ali məktəblərin mühafizəsini də dövlət özü təşkil edəcək.
Nazirlikdə bildirirlər ki, artıq paytaxtda və iri şəhərlərdə yerləşən təhsil müəssisələrinin mühafizəsi üçün hazırlıq işlərinə başlanıb. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi yerlərdə mühafizə işinin qurulması imkanlarını araşdıraraq, müvafiq tədbirlər görür.
Xatırladaq ki, hazırda Təhsil Nazirliyinin tabeliyində 7 mindən çox ali və orta təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə mühafizə tədbirlərinin görülməsi üçün ayrılmış vəsait isə cəmi 6 milyon manatdır. Elə bu səbəbdən də kənd məktəblərinin mühafizəsi hələlik nəzərdə tutulmur.
Elxan SALAHOV

Oxşar yazılar

Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq
22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə pis xəbər alacaq
22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19
Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40