Birinci siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib
19 avqust 2009 16:01 (UTC +04:00)

Birinci siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib

2009-2010-cu dərs ilini əhatə edən “Kurikulum” adlı təqvim hazırlanıb
Kurikulum İslahatı alt-komponenti üzrə yeni icra planına uyğun olaraq 2009-2010-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, cari ilin aprelindən etibarən kurikulumun tətbiqi üzrə 30 saatlıq proqram üzrə müəllim hazırlığına başlanılıb, rayon təhsil şöbələrinin müdirləri və məktəb rəhbərləri üçün xüsusi proqram üzrə ayrıca treninqlərin təşkili nəzərdə tutulub.
Bundan əlavə, müasir kurikulumlar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və treninq-məşğələlərin aparılmasının təmin edilməsi məqsədilə Kurikulum Mərkəzi, Azərbaycan Müəllimlər İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir qrup əməkdaşından ibarət təlimçi-məşqçilər hazırlanıb.
Standartların reallaşdırılması istiqamətində yaradıcı müəllimlərin peşəkarlığını stimullaşdırmaq məqsədilə “Standartlardan real təlim nəticələrinə doğru” layihə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Əhalinin kurikulumların tətbiqi sahəsində maarifləndirilməsinə kömək etmək üçün 2009-2010-cu dərs ilini əhatə edən “Kurikulum” adlı təqvim hazırlanıb.
İnternet şəbəkəsində yaradılmış www.kurikulum.az saytı əhalinin bütün təbəqələrinin maarifləndirilməsinə xidmət etməklə yanaşı, həm də istifadəçilər üçün resurs rolunu oynayır. Bundan əlavə, kurikulumların tətbiqi məsələləri ilə əlaqədar metodik vəsaitlərin çap edilərək hər bir ibtidai sinif müəlliminə çatdırılması təmin olunub.
Geniş ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması, kurikulum islahatlarının səmərəliliyinin daha da artırılması məqsədilə 2008-ci iln yanvarından nəşrinə başlanmış “Kurikulum” jurnalı öz fəaliyyətini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38