Araz çayı üzərində asma körpü tikilib
Təxminən 20 il əvvəl inşasına başlanmış körpü ötən həftə istifadəyə verilib
Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində inşa edilən yeni avtomobil körpü istifadəyə verilib. Asma körpü formasında tikilən bu yolötürücü Saatlı və Sabirabad rayonlarının 12-dən çox yaşayış məntəqəsinin bir-biri ilə avtomobil yolu əlaqəsini təmin edib.
“Azəryolservis” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, bu körpünün istifadəyə verilməsi ilə 12 kəndin Saatlı və Sabirabad şəhərlərinə avtomobil yolu 30 kilometr qısalıb. Uzunluğu 106, eni 4,5, hündürlüyü isə 16 metr olan asma körpünün yükgötürmə qabiliyyəti 50 tondur.
Xatırladaq ki, bu körpünün tikintisinə hələ 1980-ci illərin sonlarında başlanmışdı. Lakin o dövrdə baş verən siyasi proseslər körpünün də tikintisinə təsir edib. Belə ki, o dövrdə maliyyə mənbələri kəsildiyindən körpüdə inşaat işləri yarımçıq dayandırılıb. Yalnız 2005-ci ildə prezident İlham Əliyevin göstərişi ilə körpüdə inşaat işləri davam etdirilib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26