Fənlərin Dostluğu Olimpiadasının qalibləri mükafatlandırıldı
Hədəf Kurslarının təşkilatçılığı, “Datatech”, “Soliton” mağazalar şəbəkəsinin, “Hədəf” kitab evinin, CBS poliqrafiyasının sponsorluğu , İTV kanalının, Lent.az saytının, ISQ jurnalının informasiya dəstəyi ilə keçirilən Fənlərin Dostluğu Olimpiadası bayram tədbiri ilə fəaliyyətini başa vurdu .
II turu 28 dekabrda Hədəf Kurslarının Xırdalan filialında keçirilən Fənlərin Dostluğu Olimpiadası 29 dekabr tarixində Aktyorlar evində təntənəli şəkildə mükafatlandırma mərasimi ilə yekunlaşdırıldı. Tədbirdə ilk yüz yeri tutmuş 9-10-cu sinif şagirdləri mükafat və sertifikatlarla təltif edildi.
Tədbiri giriş sözü açan Hədəf Kurslarının həmtəsisçisi f.e.n. Şəmil Sadiq layihənin uğurla həyata keçirilməsini xüsusi qeyd edərək, bildirdi ki, layihə bütünlüklə inteqrativ tipli tapşırıqlarından ibarət olduğu üçün şagirdlərin təfəkkür, məntiq və intellektini üzə çıxartmağa xidmət edir və məktəblilərin bütün fənlərə marağının artırmasına yönəldiyi üçün Təhsil Nazirliyini son islahatlarına dəstək xarakteri daşıyır.
Tədbirdə uğur qazanmış məktəb və məktəbliləri milli-vətənpərvərlik ruhunda oxuduğu mahnıları ilə xalqın sevimlisi olan böyük sənətkar Şəmistan Əlizamanlı, İzzət Bağırov, Sevda Yəhyayeva, BDU-nun rəqs qrupu, Hədəf özfəaliyyət qrupu da çıxışları ilə təbrik etdilər. Əsl Həmrəylik bayramına çevrilən tədbir mükafatçıların təltif edilməsi ilə bitdi.
II turun nəticələri elə tədbirdə elan edildi. Layihəyə start verildiyi gündən sanki hədiyyə yağışına tutulmuş məktəblilər yenə dəyərli hədiyyələr aldılar.
Xatırladaq ki, olimpiadanın I turunda iştirak edən 2000-dən çox şagirdə “sinaqimtahani.com” dan bonus kartlar, “Hədəf” Kitab Evindən testlər, “Casper” və “Datatech”dən güzəşt kuponları təqdim edilmişdir.
Tədbirin özəlliyi həm də ondan ibarət idi ki, ilk 100 yeri tutmuş şagirdlərlə yanaşı, onların məktəbləri də bahalı hədiyyə və Olimpiadanın diplomu ilə təltif edildi.
Beləliklə,
I yeri tutmuş Bakı şəhər Avropa liseyi CASPER netbuku,
II yeri tutmuş Abşeron rayon Mehdiabad qəsəbəsi 1 nömrəli məktəbi Grundig televizoru
III yeri tutmuş Sumqayıt şəhər 12 nömrəli məktəbi Grundig televizoru ilə mükafatlandırıldı.
İlk ön yeri tutmuş şagirdlər
1-ci yeri qazanan Bakı Şəhər Avropa Liseyinin şagirdi Aysel Bayramova noutbuk, Hədəf Kitab Dəsti qazanmaqla yanaşı Hədəf kurslarında bir illik ödənişsiz təhsil təhsil alma imkanı əldə etdi.
2-ci yeri qazanan Abşeron rayon Mehdiabad qəsəbəsi 1 nömrəli məktəbin şagirdi Turan Xələfli noutbuk, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 75%-li güzəştlə oxuma imkanı əldə etdi.
3-cü yeri qazanan Sumqayıt Şəhər 12 nömrəli məktəbin şagirdi Xurşud Məmmədli rəqəmsal fotoaparat, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 50%-li güzəştlə oxuma imkanı əldə etdi.
4-cü yeri qazanan Nizami Rayon 145 nömrəli məktəbin şagirdi Kərim Kərimov rəqəmsal fotoaparat, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 50%-li güzəştlə oxuma imkanı əldə etdi.
5-ci yeri qazanan Nizami Rayon 220 nömrəli məktəbin şagirdi Hacı Məmmədli MP3, Filəşkart, Hədəf Kitab Dəsti, Hədəf kurslarında Bir illik 25%-li güzəştlə oxuma imkanı əldə etdi.
6-cı yeri qazanan Xətai rayon 263 nömrəli məktəbin şagirdi Zəka Məmmədov MP3, Filəşkart, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 25%-li güzəştlə oxuma imkanı əldə etdi.
7-ci yeri qazanan Xırdalan Şəhər 3 nömrəli məktəbin şagirdi Əli Əliyev MP3, Filəşkart, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 25%-li güzəştlə oxuma imkanı əldə etdi.
8-ci yeri qazanan 147 nömrəli humanitar liseyin şagirdi Nicat Məmmədli MP3, Filəşkart, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 25% li güzəştlə oxuma imkanı əldə etdi.
9-cu yeri qazanan Sabunçu rayon 107 nömrəli məktəbin şagirdi Nail Orucov MP3, Filəşkart, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 25%-li güzəştlə oxuma imkanı əldə etdi.
10-cu yeri qazanan Xırdalan şəhər 9 nömrəli məktəbin şagirdi Səxavət Veysiyev MP3, Filəşkart, Hədəf Kitab Dəsti, Hədəf kurslarında bir illik 25%-li güzəştlə oxuma imkanı əldə etdi.
Tədbirin sonunda Hədəf kurslarının həmtəsisçisi Vüqar Tarquliyev, Bakı şəhər Təhsil İdarəsinin metodik mərkəzinin direktoru Sitarə xanım, QHT-lərin Regional Mərkəzinin sədri Qalib Nəbiyev, Netmoney şirkətinin direktoru Telman Axundov, Nizami rayon Qadınlar cəmiyyətinin sədri Şərqiyyə xanım, Nizami rayon 220 nömrəli məktəbin direktoru Almaz xanım, Azərbaycan İqtisad Universitetinin kafedra müdiri Əbdüləzim müəllim çıxış edərək, layihəni yüksək qiymətləndirdilər. “Təhsil millətin gələcəyidir” (H.Əliyev) şüarını əldə rəhbər tutduğuna görə Hədəf kurslarına təşəkkür edən Sitarə xanım bu layihənin şagirdlərdə böyük stimul yaradacağını qeyd etdi.
Tədbirin bağlanışında mətbuata müsahibə verən həmtəsisçi f.e.n. Şəmil Sadiq layihənin şagirdlər, müəllimlər və valideynlər tərəfindən bu cür rəğbətlə qarşılandığına görə böyük sevinc hissi keçirdiyini bildirdi. Buna görə də Həmrəylik günü münasibəti ilə keçirilən bu tədbirin gələcəkdə bütün dünya azərbaycanlılarını öz ətrafında birləşdirəcəyinə böyük ümid bəslədiyini dedi.

1484