Bakıda əcnəbi fəhlələrə 6 ay üçün 3 milyon avro verildi
09 mart 2010 17:30 (UTC +04:00)

Bakıda əcnəbi fəhlələrə 6 ay üçün 3 milyon avro verildi

Hazırda Azərbaycan Respublikasında 60 minə yaxın əcnəbi miqrant yaşayır. Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin (AMM İB) hesabatında bildirilir. AMM İB-nin prezidenti Əlövsət Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirib ki, ölkədə 5 min əcnəbi əmək fəaliyyətilə məşğul olmaq üçün fərdi icazə ilə təmin olunub.

Azərbaycanın əmək bazarında 45 minə yaxın əməkçi miqrant əmək fəaliyyətilə məşğul olur. Ə.Əliyev bildirib ki, əməkçi miqrantlar əmək müqaviləsi olmadan və qeyri-formal iqtisadiyyat sahəsində fəaliyyət göstərirlər. “Təkcə “SerbAz” firması tərəfindən əmək müqaviləsi bağlamadan 1500 nəfər əcnəbinin işə götürülməsi faktına görə, dövlət büdcəsindən hüquqi şəxsin mənfəət vergisi kimi ödənilməli olan 9,9 milyon manat gizlədilib”.

Ə.Əliyev onu da bildirib ki, yalnız rəhbərlik etdiyi AMM İB məsələyə qarışandan sonra “SerbAz” firması 1500 fəhləyə 3 milyon avro ödəyib.

Qeyd edək ki, həmin fəhlələrin çoxu Bosniya və Hersoqovinadan olub. Onlar 6 aylıq əməkhaqqının verilmədiyi bildirilirdi.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar