Hökumət yeni qurum yaradır
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturu formalaşdırılır. Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib.
Onun sözlərinə görə, artıq Komissiyanın ilk iclası keçirilib və görüləcək işlər müəyyənləşib. Yanvarın ortalarında isə Komissiyanın respublika səviyyəli geniş iclası çağırılacaq.
S. Sadıqova deyib ki, Terminologiya Komissiyasının əvvəlki 16 bölməsi yenə də fəaliyyətini davam etdirəcək, lakin o bölmələrin tərkibi və sədrləri dəyişəcək. Bölmələr yeni strukturlar kimi formalaşacaq.
Mətbuatda dövlət dilinin işlənməsinə nəzarət etmək üçün xüsusi Monitorinq Qrupları yaranacaq. Komissiyanın daimi fəaliyyət göstərən İşçi Qrupu da yaradılacaq. Dövlət dili ilə bağlı ölkədə konfransların, forumların keçirilməsi işçi qrupun nəzarəti altında həyata keçiriləcək.
Komissiya tərəfindən yeni bülletenlər yaranacaq, yeni qəbul edilmiş terminlər o bülletenlərdə çap ediləcək və müxtəlif təşkilatlara göndəriləcək.

Oxşar yazılar

Ağdamın Sarıcalı kəndinə növbəti köç yola salındı
10 aprel 2025 , 06:46
Üç BÜRCƏ xoş xəbər: 30 gün ərzində varlanacaqsınız
10 aprel 2025 , 00:02
Bir tərəfdə quraqlıqlar, bir tərəfdə daşqınlar - Bakıdan dünyaya 300 milyardlıq töhfə
9 aprel 2025 , 21:59
Üç günlük maqnit qasırğası PROQNOZU
9 aprel 2025 , 19:07
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
9 aprel 2025 , 16:40
Malakanın “qaqaları”, "Torqovı"nın “gözəlləri”… - Bakı gecələrindən REPORTAJ
9 aprel 2025 , 14:34
Azərbaycanda məşhur yağ saxta çıxdı - Marketlərdən YIĞIŞDIRILIR
9 aprel 2025 , 13:05