Sabah rayonlarda qar yağacaq
09 dekabr 2012 14:46 (UTC +04:00)

Sabah rayonlarda qar yağacaq

0
Bazar ertəsi günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gündüz tədricən kəsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yuxarı - 765 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Azərbaycanın digər bölgələrində hava şəraiti yağıntılı olacaq, dağlıq ərazilərdə, həmçinin şimal və şimal qərb rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Bəzi rayonlarda duman olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5140

Oxşar yazılar