Misir Mərdanov: “Məktəblərin hamısı istilik sistemi ilə təchiz olunacaq”
17 noyabr 2012 12:27 (UTC +04:00)

Misir Mərdanov: “Məktəblərin hamısı istilik sistemi ilə təchiz olunacaq”

“Hazırda ölkə məktəblərinin qış mövsümündə istilik sistemi təminatı ilə bağlı yoxlamalar aparılır. Yaxın günlərdə yoxlamalar başa çatdıqdan sonra məktəblərin hər biri istilik sistemi ilə təmin olunacaq”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mövsümün əvvəlində qazdan istifadə ilə bağlı müəyyən problem yaranıb: “Lakin bu, qazın olmaması ilə deyil, ondan istifadə ilə bağlıdır. Baş vermiş hadisələr nəticəsində hətta ölüm halları olub. Ona görə də müvafiq dövlət orqanları kütləvi istifadə yerlərində buna çox ehtiyatla yanaşır. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Bir neçə gün gec olsun, amma heç bir problemin olmaması üçün hər şey tamamilə yoxlanılsın. Hələ ki, hava yaxşı keçir. Ona görə də hər hansı qəzanın olmasındansa, istilik sisteminin bir neçə gün gec işə düşməsi daha yaxşıdır”.
# 651

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14