Elmar Qasımov  Lars Troen Sorenseni və Şahpur  Sotudehmaneşi qəbul edib
16 noyabr 2012 11:00 (UTC +04:00)

Elmar Qasımov Lars Troen Sorenseni və Şahpur Sotudehmaneşi qəbul edib

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorenseni və şirkətin sağlamlıq, təhlükəsizlik, ətraf mühit və korporativ sosial məsuliyyət sektorunun rəhbəri Şahpur Sotudehmaneşi qəbul edib. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqlara Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışan E. Qasımov Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-nin layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd edib. “Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. Bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub”.

“Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen bildirib ki, Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirə layiq haldır.

Görüş çərçivəsində “Statoil-Azərbaycan” şirkəti və Bakı Ali Neft Məktəbi arasında Norveçin məşhur Stavanger və NTNU (Norwegian University of Science and Technology) universitetləri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində, Statoil Şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etmələri və bir sıra məsələlər haqqında razılıq əldə olunub.
# 948

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14