ARDNŞ-ə işə qəbul prosesi yenidən başladı
06 noyabr 2012 15:30 (UTC +04:00)

ARDNŞ-ə işə qəbul prosesi yenidən başladı

ARDNŞ-də aparılan struktur dəyişiklikləri ilə əlaqədar müvəqqəti olaraq dayandırılmış işə qəbul prosesinə noyabrın 1-də yenidən start verilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in idarə və müəssisələrində mövcud vakansiyalar üzrə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə sınaq imtahanı), ikinci mərhələsi isə mütəxəssislərdən ibarət komissiya tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. ARDNŞ-də vakansiyalar (boş iş yerləri) haqqında məlumat şirkətin korporativ veb-saytında və “İki Sahil” qəzeti vasitəsilə elan olunur. İxtisas və peşəsinə uyğun vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyənlər “www.socar.az” veb-saytının “karyera” bölməsinin “iş axtarışı” bölümünə (http://careers.socar.az) daxil olub elektron müraciət formasını doldurmalıdırlar. ARDNŞ-ə işə qəbul üçün elektron poçt (e-mail), faks, teleqram, telefonoqram və digər vasitələr ilə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün qəbul olunmur.
# 4168

Oxşar yazılar