Azərbaycanda patent məhkəməsi yaradıla bilər
05 noyabr 2012 14:11 (UTC +04:00)

Azərbaycanda patent məhkəməsi yaradıla bilər

Azərbaycanda da patent məhkəməsi yaradılmalıdır”. Bunu Lent.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye mülkiyyətli obyektlərinin ekspertizası mərkəzinin (“AzPotent”-in) direktoru Miryaqub Seyidov bildirib. Mərkəz direktoru qeyd edib ki, artıq bu cür məhkəmə sisteminin yaradılmasının vaxtı çatıb: “Patent məhkəməsi yaradılmasa, hakimlərin işində müəyyən problemlər yaranacaq. Ona görə də patent sahəsində mübahisəli məsələləri həll etmək üçün qeyd olunan xüsusi məhkəmə sisteminin yaradılması vacibdir”.


M. Seyidovun sözlərinə görə, hələlik bununla bağlı hökumətə təklif verilməyib. “Almaniya federal patent məhkəməsinin tövsiyələrindən və təcrübəsindən istifadə edəcəyik”-deyə, “AzPotent”-in direktoru əlavə edib.

Anar MƏCİDZADƏ
# 557

Oxşar yazılar