Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin maaşları - SİYAHI
02 noyabr 2012 18:26 (UTC +04:00)

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin maaşları - SİYAHI

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin aylıq vəzifə maaşı ilə bağlıdır.
Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sair tədbirlər” bölməsində Müəllif Hüquqları Agentliyi üzrə nəzərdə tutulmuş əməkhaqqı fondu dairəsində həyata keçiriləcək.


Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi

Vəzifələrin adı

Aylıq vəzifə maaşı
(manatla)

Baş direktor, direktor

424

Baş direktorun birinci müavini

407

Baş direktorun müavini, direktorun müavini

363

Şöbə rəisi, elmi işlər fondunun müdiri

327

Bölmə rəisi

314

Baş hüquq məsləhətçisi, baş mütəxəssis, baş mühasib, mülki müdafiə üzrə qərargah rəisi

303

Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis

275

Mütəxəssis

242

Makinaçı, inspektor, xəzinədar, sürücü

121

Gözətçi, xadimə

110

 

 

# 1127

Oxşar yazılar