“Novruz bayramı münasibətilə keçirilən tədbirdə baş verən təxribatın arxasında təbii ki, maraqlı insanlar dayanır. Bizdə bununla bağlı müvafiq videomateriallar var, artıq müəyyən araşdırmalar da aparmışıq. Həmin videomateriallarla birlikdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburq nümayəndəliyinə tərəfimizdən rəsmi nota göndərilib. Yaxın müddətdə Rusiya hüquq-mühafizə orqanları məsələni araşdıracaq”.
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov deyib. Baş konsul 15 yaşlı qıza təcavüz etməsi barədə iddiaları birmənalı şəkildə rədd edərək bunun böhtan olduğunu vurğulayıb: “Əgər belə bir məsələ həqiqətən var idisə, nə üçün hüquq-mühafizə orqanlarına müraciət etmirdilər? Əgər bu həqiqət olsaydı, hüquq-mühafizə orqanlarına müraciət olunardı. Deyilənlər əlbəttə ki, böhtandır və təxribat məqsədi daşıyır”.
Qeyd edək ki, martın 19-da Novruz Bayramı münasibətilə bağlı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən bayram tədbirində baş konsul Q. Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa duraraq onun çıxışına mane olub. Həmin şəxs əlindəki meqafonla sol tərəfində oturmuş qızı göstərərək diplomatın həmin qıza təcavüz etdiyini iddia edib.

Qüdsi Osmanov: “Deyilənlər böhtandır və təxribat məqsədi daşıyır”
Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04