Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Lent.az- verilən məlumata görə, iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcək. Tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporalarının Regional Mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.