Tramp özünü  mafiya başçısı kimi   aparır – İDDİA
18 mart 2025 18:08 (UTC +04:00)

Tramp özünü mafiya başçısı kimi aparır – İDDİA

Hər kəs ABŞ prezidenti Donald Trampa hörmət etməlidir, lakin o, sanki mafiya başçısı kimi davranır. Xüsusilə bu, onun ünsiyyət tərzinə aiddir.

Lent.az bildirir ki, bunu “Sky News”un təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark deyib.

“İstəyir ki, ondan qorxsunlar, gücünü göstərmək üçün ətrafındakı insanları təhqir etmək istəyir”, - o vurğulayıb. Ekspertin fikrincə, Tramp hakimiyyəti “şəxsi bir şey” kimi qəbul edir və ona institusional baxmır.

"Hakimiyyət - Trampın özüdür, prezidentlik postu belə deyil. Eyni zamanda, ABŞ lideri gözlənilməz olmağı xoşlayır, insanları "qorxutmağa" çalışır, ona görə də o, ilk baxışdan göründüyündən daha ağıllı ola bilər”, - Klark deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar