Sabahkı seçkilərdə neçə namizəd rəqabət aparacaq?
31 avqust 2024 13:32 (UTC +04:00)

Sabahkı seçkilərdə neçə namizəd rəqabət aparacaq?

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar nəfərin deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

Lent.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, 125 deputat mandatı uğrunda 990 nəfər deputatlığa namizəd mübarizə aparacaq.

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1195 nəfər imza vərəqələrini qaytarıb.

Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-si saat 18:00-da başa çatıb.

Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-nə təyin olunub./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar