Zelenski Kursk əməliyyatından DANIŞDI:  “Bizə yad torpaqlar  və insanlar lazım deyil”
27 avqust 2024 18:50 (UTC +04:00)

Zelenski Kursk əməliyyatından DANIŞDI: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Rusiyanın Kursk vilayətində sərhəddə bufer zonanın yaradılması üçün Ukrayna qoşunlarının müdafiə əməliyyatı keçirilir. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna 2024. Müstəqillik” forumu zamanı deyib.

“Bizimki işğal deyil, biz bufer zonaları yaratmaq imkanı əldə edirik”.

Onun sözlərinə görə, Ukrayna Rusiya ərazisinə daxil olan və onun torpaqlarının bir hissəsini işğal edən ilk ölkə deyil.

“Onlar bizim torpaqlarımızın 27 faizini artıq işğal ediblər və buna görə də biz onların daha çox işğal etməməsinə çalışırıq”, - prezident bildirib.

Eyni zamanda o deyib ki, Ukrayna bəzi Rusiya torpaqlarını öz ərazisinə birləşdirmək üçün qanunvericilik və ya Konstitusiya dəyişikliyi etmir.

“Bizə əlavə əcnəbi torpaqlar lazım deyil, bizə xarici vətəndaşlar da lazım deyil”, - Zelenski vurğulayıb.

Ukraynada olduğu kimi Kursk vilayətində rusların niyə müqavimət göstərmədiyi sualına cavab verən Zelenski qeyd edib: “Bizim ordumuz daha yaxşıdır və ruslarla heyvan kimi davranmır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Oxşar yazılar