Putin İrəvanda  məğlub oldu
18 mart 2024 19:03 (UTC +04:00)

Putin İrəvanda məğlub oldu

Rusiyada prezident seçkiləri zamanı Gümrü və İrəvanda da Rusiya vətəndaşları üçün seçki məntəqələri fəaliyyət göstərib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, komissiyaların bu gün yerli vaxtla saat 11:30-a olan nəticələrinə görə, Putin İrəvanda 32,87 faiz səs toplayaraq məğlub olub. 

Burada “Yeni Xalq” partiyasından Vladislav Davankov 49,85 faiz səs toplayaraq qalib gəlib. Amma Gümrüdə Putin qalib çıxıb - o, 58,14 faiz səs toplayıb. 

Bülletenlərin 99 faizinin hesablanmasının nəticələrinə görə, Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində 87,3 faiz səslə qalib gəlib. Bu, onun beşinci səlahiyyət müddəti olacaq və 2030-cu ildə başa çatacaq.

# 3306
avatar

Oxşar yazılar