Nazarbayevdən ETİRAF:  "İkinci arvadım və  2 oğlum var"
30 noyabr 2023 12:05 (UTC +04:00)

Nazarbayevdən ETİRAF: "İkinci arvadım və 2 oğlum var"

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev öz memuarında maraqlı açıqlama verib.

 Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o iki arvadının olduğunu etiraf edib. Sabiq prezident birinci xanımı Sara Nazarbayeva ilə 1962 –ci ildə evlənib və bu evlilikdən 3 qızı var.

Onun ikinci arvadı Asellə münasibətləri 2000-ci ildə başlayıb. Sara ərinin ikinci evliliyindən xəbərdar olub və bu nikahdan prezidentin 2 oğlu var.

Nazarbayev bu barədə “Mənim həyatım” adlı kitabında xüsusi bir bölmədə bəhs edib.
Asel İsabayevadan onun 2005-ci ildə doğulmuş Tauman və 2008-ci ildə doğulmuş Bayken adlı övladları var. O Aseli Qazaxıstanın cənubunda yerləşən Taldıkorqan şəhərinə səfər zamanı görüb. “O məni təyyarənin trapının yanında əlində çiçəklə gözləyirdi. Məlum məsələdir ki, dövlət başçısını qarşılamaq üçün şəhərin ən gözəl qızlarını seçirlər. Onun obrazını unuda bilmirdim və bir dəfə qəzetdə onun “Qazaxstan gözəli” adı aldığını görüb axtardım. Tanışlıq qarşılıqlı sevgiyə çevrildi. Asel mənim ürəyimdə hiss etdiyim tənhalıq hissinə son qoydu”,- deyə o yazıb.

Nazarbayev Asellə imam nikahı qaydasında ailə qurub və bu barədə Saraya məlumat verib. Asellə evlənəndə Nazarbayevin 65, xanımın 20 yaşı olub.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6489
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar