Müxalifət liderindən ruslara ÇAĞIRIŞ: Seçkidə Putinə  səs verməyin
08 dekabr 2023 19:39 (UTC +04:00)

Müxalifət liderindən ruslara ÇAĞIRIŞ: Seçkidə Putinə səs verməyin


Aleksey Navalnı və komandası prezident seçkilərində Vladimir Putinin əleyhinə səs verməyə çağırıb.
 
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Navalnının bloqunda yer alan postda qeyd edilir.
 
“2024-cü il martın 17-də prezident seçkiləri keçiriləcək. Həmin gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, hər hansı digər namizədi işarələmklə  edilə bilər”, - çağırışda vurğulanır.
 
Siyasətçinin həmfikirləri Putinə qarşı kampaniyaya başlandığını da elan ediblər. Onlar “Putinsiz Rusiya” saytını işə salıblar ki, “hər bir fəal vətəndaş” prezident seçkilərinə yaxın 100 gün ərzində “sadə bir məqsəd qoymalıdır – ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq”.
 
"Şübhəsiz ki, bizi seçki prosesinin parodiyası gözləyir. Və son nəticələr, həmişəki kimi, saxta olacaq. Ancaq hər hansı bir seçim, hətta ən saxta seçimlər də şübhə vaxtıdır. İnsanlar kimin hakimiyyətdə olduğunu və niyə orada olduğunu düşünürlər.
 
Rusiya müxalifətinin əsas vəzifəsi, bütün vicdanlı vətəndaşların vəzifəsi bu şübhələrə hər vasitə ilə cavab verməkdir. Təşviqat. İzah etmək lazımdır ki, 71 yaşlı Putin, 24 ildir hakimiyyətdədir, daha 6 il qalmamalıdır. Rusiyaya zərər verəcək. O getməlidir", - Navalnının bloqunda qeyd edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4602
avatar

Oxşar yazılar