Makron, Bayden və Şolts arasında  gizli   danışıqlar - Sensasion  detallar
04 aprel 2024 13:09 (UTC +04:00)

Makron, Bayden və Şolts arasında gizli danışıqlar - Sensasion detallar

Bu ilin fevralında Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibə kontekstində Qərbin strategiyasını nəzərdən keçirmək və müttəfiqləri Rusiyaya daha sərt yanaşmalara sövq etmək məqsədi ilə ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şoltsa konfidensial danışıqlar aparıb. 

Lent.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunur ki, Makron bu dövrdə baş tutan Ukraynaya dəstək üçün Parisdə sammitin əsasını yaratmağa çalışıb. Bu sammitdən sonra Fransa lideri öz silahlı qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib.

Makronun situasiyaya baxışı ondan ibarətdir ki, Qərb ölkələri Rusiyaya qarşı “strateji qeyri-müəyyənlik mövqeyi” tutmalı, bütün variantları, o cümlədən hərbi variantları masanın üzərində qoymalı və “qırmızı xətləri” xatırlatmağı dayandırmalıdır. Bununla belə, Makronun qərarı mümkün eskalasiyadan qorxan Baydendə narahatlıq yaradıb.

Ağ ev Fransa qoşunlarının Ukraynada yerləşdiriləcəyi təqdirdə Rusiyanın onlara qarşı mümkün hücumundan narahatdır və bu, digər ölkələrin də münaqişəyə cəlb olunmasına səbəb ola bilər. Şolts isə öz növbəsində Makronun ideyasına qarşı çıxıb və bunun müttəfiqləri parçalaya və NATO ölkələrini münaqişəyə çevirə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Makronun açıq bəyanatı digər liderlərin onu dəstəkləməkdən imtina etməsinə səbəb ola bilər.

Lakin buna baxmayaraq, Makron digər liderlərin rədd etdiyi fikirləri səsləndirdiyi bəyanatla çıxış edib. Fransa rəsmiləri deyirlər ki, Makron Ukraynaya döyüşmək üçün silahlı qüvvələr göndərməyi düşünmür, lakin orada hərbçilərə təlim keçmək və minalardan təmizləmək üçün personal yerləşdirməyi təklif edir.

Tərəflər tərəf etiraf edir ki, Moskva Makronun mövqeyi ilə bağlı fikir ayrılıqlarını dərinləşdirmək və Ukraynaya dəstəyi zəiflətmək məqsədi ilə diplomatik kampaniyada Qərb liderləri arasında fikir ayrılıqlarından istifadə edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Oxşar yazılar