İran səfiri Azərbaycan XİN-ə çağırıldı
11 noyabr 2022 16:27 (UTC +04:00)

İran səfiri Azərbaycan XİN-ə çağırıldı

Noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin mətbuat xidməti idarəsindən Lent.az-a verilən məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycanda separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.

# 1800
avatar

Oxşar yazılar

 Baş nazirin oğluna   vəzifə səlahiyyətlərindən sui-istifadə İTTİHAMI 

Baş nazirin oğluna vəzifə səlahiyyətlərindən sui-istifadə İTTİHAMI 

26 yanvar 2023 , 19:59
Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təsdiqləndi

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təsdiqləndi

26 yanvar 2023 , 15:39
Azərbaycana məxsus 760-dan çox toponim dəyişdirilib - Qərbi Azərbaycanda

Azərbaycana məxsus 760-dan çox toponim dəyişdirilib - Qərbi Azərbaycanda

26 yanvar 2023 , 15:10
"Rayonlarda ən münbit torpaqlar  rəhbərliyin əlindədir"   - Cavanşir Paşazadə

"Rayonlarda ən münbit torpaqlar rəhbərliyin əlindədir" - Cavanşir Paşazadə

26 yanvar 2023 , 13:47
“Putin mənim üçün  heç kimdir”  - Zelenski

“Putin mənim üçün heç kimdir” - Zelenski

26 yanvar 2023 , 13:26
Ərdəbildə AZƏRBAYCAN ŞÜARI:  "Bir kərə yüksələn bayraq, bir daha enməz" - FOTO

Ərdəbildə AZƏRBAYCAN ŞÜARI: "Bir kərə yüksələn bayraq, bir daha enməz" - FOTO

25 yanvar 2023 , 22:38
Naxçıvanda YENİ TƏYİNAT

Naxçıvanda YENİ TƏYİNAT

25 yanvar 2023 , 17:53
Ukraynadakı münaqişəyə  son qoymağın yolu   AÇIQLANDI

Ukraynadakı münaqişəyə son qoymağın yolu AÇIQLANDI

25 yanvar 2023 , 16:59