Ermənilərin Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə
25 iyun 2022 13:45 (UTC +04:00)

Ermənilərin Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə

Məlum olduğu kimi Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında aşağıdakı hallar edilir:
- dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;
-mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;
- terrorçuluğun təbliğatı və terror məqsədləri;
- dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;
- millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;
- vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.
Tərəflərin bu Sazişə əsasən:
- təhlükəsizlik və sabitliyin qorunub saxlanılması;
- suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət;
- mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət;
- həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi.
Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir. 


Ekspertlərin fikrincə, Saziş “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”-nin şərtlərinin icrasının tərkib hissəsidi. Sənədin imzalanmasında konseptual məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasıdır. İlk növbədə qeyd olunmalıdır ki, Sazişdə qarşıya qoyulan məqsədlər milli maraqlarımıza uyğundur.

Xüsusən ona görə ki, Rusiya və Azərbaycanın təhdid kimi qəbul etdikləri məfhumlar, xüsusən də dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü, millətlər və dinlərararası ədavət, separatçılıq, ekstremizm, nifrət və diskriminasiyanı qızışdıran aktlarla mübarizə müasir dövrdə aktual məsələdir və təmin olunmasında əməkdaşlıq zəruridir. Çünki, informasiya texnologiyalarının hazırkı inkişaf şəraitində, aydındır ki, heç bir dövlət əlahiddə formada, müstəqil olaraq informasiya təhlükəsizliyini etibarlı şəkildə təmin edə bilməz. Bu mənada bu sazişlə Rusiya Federasiyası və Azərbaycan Respublikası bütövlükdə informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

# 1566
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar