Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Lent.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimiz bu istiqamətdə cavab tədbirləri görüb", - nazirlikdən bildirilib.