Erməni diversantlardan Kəlbəcərə HÜCUM CƏHDİ
22 sentyabr 2022 12:02 (UTC +04:00)

Erməni diversantlardan Kəlbəcərə HÜCUM CƏHDİ

Sentyabrın 22-si gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.

Bildiririk ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

# 4113
avatar

Oxşar yazılar

Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

29 noyabr 2022 , 10:56
Müdafiə Nazirliyindən Rusiyaya növbəti ETİRAZ:  "Son qoyulmalıdır"

Müdafiə Nazirliyindən Rusiyaya növbəti ETİRAZ: "Son qoyulmalıdır"

28 noyabr 2022 , 21:25
Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

28 noyabr 2022 , 16:36
Vüqar Əliyev

AzərTAc-ın yeni rəhbəri Vüqar Əliyev kimdir? – DOSYE

28 noyabr 2022 , 14:03
Ermənilər ordumuzun mövqelərini atəşə tutub

Ermənilər ordumuzun mövqelərini atəşə tutub

28 noyabr 2022 , 09:12
Ermənilər mövqelərimizi yenidən atəşə tutub

Ermənilər mövqelərimizi yenidən atəşə tutub

27 noyabr 2022 , 17:50
Düşmən Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərindən atəş açıb

Düşmən Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərindən atəş açıb

27 noyabr 2022 , 09:42
Müdafiə Nazirliyi Rusiya MN-ə yenidən cavab verdi

Müdafiə Nazirliyi Rusiya MN-ə yenidən cavab verdi

26 noyabr 2022 , 21:10